BANM-ın tələbəsi: “İngiltərədə oxumaq əvəzinə BANM-a daxil olmağı seçdim” | 1news.az | Xəbərlər
Müsahibə

BANM-ın tələbəsi: “İngiltərədə oxumaq əvəzinə BANM-a daxil olmağı seçdim”

11:43 - 16 / 11 / 2016
BANM-ın tələbəsi: “İngiltərədə oxumaq əvəzinə BANM-a daxil olmağı seçdim”

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi, Neft-qaz mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan Entoni-Mario Suares suallarımızı cavablandırıb.

1news.az müsahibəni təqdim edir:

- Entoni, neçə ildir Azərbaycandasınız? Ölkəmiz haqqında nə deyə bilərsiniz?

- Mən 20 ildir ki Azərbaycanda yaşayıram. 3 sentyabr 1996-cı ildə Bakıda anadan olmuşam. Bakı çox gözəl şəhərdir və meqapolisə çevrilməkdədir. Alov qüllələri, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi müasir Bakımızın rəmzlərinə çevrilib. Azərbaycan xalqının çox qonaqpərvər və mehriban xalq olduğunu da xüsusilə vurğulamaq istərdim. Bir sözlə, Azərbaycan mənim doğma vətənimdir deyə bilərəm.

- Niyə BANM-ı seçdiniz?

- Mən 4 il Bakı Oksford Məktəbində oxumuşam və bu 4 il ərzində dərslər ingilis dilində keçirilirdi. Məktəbi bitirdikdən sonra mən öz təhsilimi İngiltərədə dəvam etdirdim. 1 il hazırlıq proqramı oxuduqdan sonra Azərbaycana qayıtdım. Mən Azərbaycanda belə bir ali təhsil müəssisəsi açıldığını öyrəndim və İngiltərədə oxumaq əvəzinə BANM-a daxil olmağı seçdim.

- Bir müddətdir ki dərslər başlayıb. Sizin üçün burada oxumaq çətin deyil ki?

- Əvvəl fikirləşirdim ki, BANM-da oxumaq çətin olmayacaq, çünki mən orta məktəbdə ingilis dilində təhsil almışam və burada da dərslər ingilis dilində keçirilir. Amma indi görürəm ki, oxumaq həqiqətən də çətindir. Bununla belə, bilirəm ki, əvvəl oxumaq həmişə çətin olur, amma zaman keçdikcə insan bu çətinliyə də alışır və asan olur.

- Çətinlik çəkəndə Ali Məktəbi seçdiyinizə peşiman olmadınız ki?

- Əlbəttə xeyr. Fikrimcə, insan peşiman olmaq yerinə, verdiyi qərarda qətiyyətli olmalı və bu istəyində müvəffəq olması üçün var gücü ilə çalışmalıdır.

- Ən böyük arzunuz nədir?

- Mənim ən böyük arzum yüksək ixtisaslı mühəndis olmaq və valideynlərə dəstək olmaqdır. BANM-də təhsilin ingilis dilində olması, eləcə də proqramların beynəlxalq standartlara cavab verməsi mənim bu arzumun reallaşmasında böyük rolu olacaq.

- Hobbiləriniz hansılardır?

- Əlbəttə, var. Basketbol, futbol, cüdo kimi idman növləri ilə məşğul olmaq əsas hobbilərimdəndir.

- Başqa hansı maraqlarınız var?

Dünya ədəbiyyatını oxuyuram və dünya tarixini öyrənməyə həvəsim var.

1news.az

Paylaş:
859

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər