“İnter” 3 xalı 3 qolla aldı | 1news.az | Xəbərlər
İdman

“İnter” 3 xalı 3 qolla aldı

18:49 - 20 / 11 / 2016
“İnter” 3 xalı 3 qolla aldı

Noyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb.

1news.az xəbər verir ki, ikinci oyun günündə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “İnter” autsayder “AZAL”ı sınağa çəkib.

Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub–3:0.

“İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.

Beləliklə, “İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, “Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.

1news.az

Paylaş:
687

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər