Millimiz FİFA reytinqində 2 pillə gerilədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

17:03 - 24 / 11 / 2016
Millimiz FİFA reytinqində 2 pillə gerilədi

1news.az-ın məlumatına görə, millimiz ötən ayla müqayisədə 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Seçmə mərhələdə yığmamızla eyni qrupda yer alan komandalara gəlincə, Almaniya 3-cü (1433 xal), Şimali İrlandiya 32-ci (767), Çexiya 43-cü (671), Norveç 84-cü (422), San Marino isə 202-cidir (17).

İlk onluqda Argentina (1634), Braziliya (1544), Almaniya (1433), Çili (1404), Belçika (1368), Kolumbiya (1345), Fransa (1305), Portuqaliya (1229), Uruqvay (1187) və İspaniya (1166) milliləri qərarlaşıb..

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini dekabrın 22-də açıqlayacaq.

1news.az

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər