“Qarabağ” “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq

14:19 - 30 / 11 / 2016
“Qarabağ” “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq

Topaz Premyer Liqanın 14-cü turunda “İnter”lə qarşılaşacaq “Qarabağ” oyuna ciddi itkilərlə çıxacaq.

1news.az-ın məlumatına görə, komandanın aparıcı üzvləri Maksim Medvedyev və Riçard Almeyda “bankirlər”lə oyunu buraxacaq.

Hər iki futbolçu “Qəbələ” ilə qarşılaşmada cəzalı duruma düşüb. Almeyda qırmızı vərəqə  ilə meydandan qovulub. Maksim isə sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı dekabrın 17-də keçiriləcək.

1news.az

Paylaş:
626

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər