Ən məntiqli şagirdlər mükafatlandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən məntiqli şagirdlər mükafatlandırıldı

13:12 - 06 / 12 / 2016
Ən məntiqli şagirdlər mükafatlandırıldı

Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, ali məktəb rektorları, deputatlar və digərləri iştirak edib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. O deyib ki, bu məqsədlə müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin VII-VIII sinifdən sonra xüsusi siniflərdə təhsil alması üçün işlər görülüb.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində həyata keçirilən Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq məqsədilə təşkil olunub.

M. Vəliyeva qeyd edib ki, bu, şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək:

“Məntiq Olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdi iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Məktəblilərin marağı nəzərə alınaraq Olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub”.

Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

1news.az

Paylaş:
776

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər