Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər – FOTO

13:30 - 06 / 12 / 2016
Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər – FOTO

Noyabrın 28-30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilib.

1news.az-a Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil ediblər

Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda  müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilib.

Tədbir çərçivəsində maraq doğuran suallar müzakirə edilib.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər