2020-ci ildə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

2020-ci ildə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq

18:18 - 16 / 12 / 2016
2020-ci ildə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

Sənəddə vurğulanıb ki, burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. Bundan başqa, ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan

tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;

● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;

● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;

● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;

● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;

● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;

● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;

● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən istifadənin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;

● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayının 20 faiz artması;

● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;

● paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 “fermer mağazası”nın qurulması;

● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;

● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

Paylaş:
775

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər