Yeni yeraltı şəhər tapılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Yeni yeraltı şəhər tapılıb - FOTO

22:12 - 16 / 12 / 2016
Yeni yeraltı şəhər tapılıb - FOTO

Afinanın şimalında yerləşən Karditsa şəhərinin yaxınlığında İsveçin Qeterborq Universitetinin arxeoloqları qədim yeraltı şəhərə rast gəliblər.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Alimlərin fikrincə, yeni tapıntı antik dövrün tarix barədə təsəvvürləri dəyişə bilər.

Xüsusi radar vasitəsilə arxeoloqlar yerin altındakı qədim əşyaları nəzərdən keçirə biliblər. Arxeoloqlar bildiriblər ki, qazıntıya başlamamalarına baxmayaraq, onlar xüsusi cihazlar vasitəsilə artıq şəhərin müxtəlif tərəflərə uzanan küçələrini də görə bilirlər.

 

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər