“Instagram” istifadəçilərinin sayı 600 milyona çatıb
“Instagram” sosial şəbəkəsinin aylıq auditoriyası 600 milyon istifadəçiyə çatıb. Bu göstərici cari ilin iyunundan 100 milyon artıb. Bu barədə xidmətin rəsmi bloqunda deyilir.
1news.az ICTnews-a istinadən xəbər verir ki, iyunda sosial şəbəkə nümayəndələri auditoriyanın 500 milyona çatmasını, bu göstəricinin 2015-ci ilin sentyabrından 100 milyon artmasını bildiriblər.
Aktiv istifadəçilərin budəfəki artımı servis üçün tarixi boyu ən yüksək artım olub. 2014-cü ilin sonunun göstəricisi ilə müqayisədə “Instagram”ın auditoriyası 2 dəfə yüksəlib.
Sosial şəbəkə nümayəndələrinin sözlərinə görə, bu ilin ikinci yarısının ən əlamətdar hadisələri kimi öz-özünə məhv edilən foto, video və “Instagram Stories” foto bölməsinin istifadəyə verilməsini, birbaşa translyasiyaların yaradılmasını, eləcə də şərhləri və abunəçiləri silmək imkanının olmasını qeyd etmək mümkündür.