Türkiyədə terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

19:34 - 17 / 12 / 2016
Türkiyədə terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

Türkiyədə Kayseri vilayətində törədilən teror aktında əlaqəsi olan 7 nəfər saxlanılıb, daha 5 nəfər isə axtarışdadır.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları tərəfindən terror aktında əli olan şəxslərin tutulması üçün zəruri tədbirlər aparılır. Soylu əlavə edib ki, hazırda yaralıların sayı 56 nəfərə çatıb. Onlardan dördü ağır vəziyyətdədir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb.

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər