Azarkeşlər “Türkiyə!” qışqırdılar, canlı yayım dayandı
İran liqasında çıxış edən Təbriz klubu “Traktor”un matçında azarkeşlər Türkiyə lehinə şüarlar səsləndiriblər.
1news.az goal.az-a istinadən xəbər verir ki, "Traktor" - "Sepahan" matçının gedişində səslənən şüarlar İran televiziyasının yayımı yarımçıq kəsməsinə səbəb olub.
Xatırladaq ki, Hələbdə baş verən qətliamı dəstəkləyən İran dövləti ilə Türkiyənin mövqeyi üst-üstə düşmür. İran bu addımı ilə də Türkiyəyə olan münasibətini göstərmiş oldu. Baş verənlərdən sonra türkiyəli azarkeşlər "Traktor" klubu ilə bağlı araşdırmalara başladılar. Bu klubun Cənubi Azərbaycan türkərinin olduğunu görüncə komandaya türk azarkeşlərdən böyük dəstək gəlib.
Hadisəyə türk mediası da biganə qalmayıb. Bu gün dərc olunan qəzetlərin çoxunda "Traktor"la bağlı məlumatlara geniş yer verilib. Türkiyənin tanınmış qəzetləri yazır ki, "Traktor"un oyunlarında "Cənubi Azərbaycan İran deyildir" pankartları diqqət çəkir və buna görə də onları İranın "Barselona"sı adlandırırlar.