“Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik” - İlham Əliyev | 1news.az | Xəbərlər
Rəsmi

“Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik” - İlham Əliyev

23:44 - 19 / 12 / 2016
“Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik” - İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, prezidentin başsağlığı məktubunda aşağıdakılar bildirilir:

“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Paylaş:
592

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 11 / 2025, 17:29
Bütün xəbərlər