TürkPA baş katibi Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini qınayır
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.
1news.az-a Katibliyin mətbuat xidmətindən verilən xəbərə görə,TürkPA üzv dövlətlərinin həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış etdiyini vurğulayan J.Asanov səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini və bunun ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güddüyünü bildirib.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində öldü - RƏSMİ - FOTO - VİDEO
Səfiri güllələyən şəxs öldürüldü - YENİLƏNİR - FOTO - VİDEO
Səfiri öldürənin kimliyi məlum oldu - FOTO
Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir
Binəli Yıldırım: Alçaq terror aktının təşkilatçıları aşkar edilərək cəzalandırılacaq
Medvedev: Rusiya səfirin öldürülməsini cəzasız buraxmayacaq
1news.az