Nardaran hadisələrində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaran hadisələrində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

19:44 - 20 / 12 / 2016
Nardaran hadisələrində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

Ötən il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra həbs edilən şəxslərdən Əbülfəz Bünyadov azadlığa buraxılıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsində Ə. Bünyadovun azadlığa buraxılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edərək, onu azadlığa buraxıb.

Qeyd edək ki, Ə. Bünyadov hadisələr zamanı güllə yarası alıb və indiyə kimi Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə olunurdu. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər