Teoloq Əkrəm Həsənov: İran prezidentinin Ermənistana səfəri qəbuledilməzdir!
Məlum olduğu kimi, yaxın günlərdə İran prezidenti Həsən Ruhaninin İrana səfəri baş tutacaq.
Səfərlə bağlı 1news.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun baş elmi işçisi, teologiya üzrə fəlsəfə elmləri doktoru Əkrəm Həsənov şərh bildirib.
- Hacı Əkrəm, Həsən Ruhani prezidentliyi dövründə Ermənistana ilk dəfədir ki, səfər edəcək. Bu səfəri necə qiymətləndirirsiniz?
- İrandan bu cür addım gözləmirdik. İran özünü müsəlman ölkəsi hesab edir, lakin bu ölkənin prezidenti müsəlman torpaqlarının işğal etmiş, mədəni və tarixi abidələri məhv etmiş ölkəyə səfər edir. Buna görə də biz, bu səfəri qətiyyətlə pisləyirik və bunun qəduledilməz olduğunu hesab edirik.
Hesab edirik ki, İranın Ermənistanla siyasi-iqtisadi münasibələrinin bərpa edilməsi də qəbuledilməzdir. Bu addımı haqlı hesab etmirik. İran tərəfi dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması ilə bağlı bəyanat yayıb. Bu mövqeyinin işdə həyata keçməsini görmədik və bu, bizi narahat edir.
- Bu səfərin İranın müəyyən dairələrilə müsəlman həmrəyliyi nöqteyi-nəzərindən necə qiymətləndirirsiniz?
- Əgər dini, müsəlman həmrəyliyi nöqteyi-nəzərindən yanaşsaq İslam hər zaman dindar müsəlmanlara bir-birinə kömək etmək, bir-birini dəstəkləməyi tövsiyə edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ədalətli mövqeyini bütün müsəlman ölkələri dəstəkləyir. Bu addımı İrandan da gözləyirik.
Əgər İran əməldə müsəlman həmrəyliyi prinsiplərinə söykənirsə, o Ermənistanla bütün münasibətləri kəsməldidir, bu ölkəyə sanksiyalar tətbiq etməlidir və s. Bəyan edilmiş mövqeyinə əsasən, Tehranın Ermənistanla münasibətlərinin kəsməsini gözləyirik.
1news.az