İranlı idmançıların Türkiyəyə getməsinə qadağa qoyulub
İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.
1news.az Report-a istinadən xəbər verir ki, bu haqda İranın Ankaradakı səfirliyindən məlumat verilib.
Səfirlik bildirib ki, bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib”.
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi zərurət olmadığı halda vətəndaşlarına Türkiyəyə getməməyi də məsləhət görüb.
1news.az
847