Həsən Ruhani: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – FOTO
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.
1news.az-ın Ermənistanın news.am saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanda səfərdə olan İran prezidenti Həsən Ruhani deyib.
“Bizim üçün həm Ermənistan, həm də Azərbaycan dost ölkələrdir. Ümid edirik ki, bölgədə sülh və sabitliyin bərqərar olunmasının şahidi olacağıq. Bu bütün regionun xeyrinə olacaq. Bu məsələnin hərbi həlli yoxdur. Biz problemin sülh yolu ilə həll olunmasını görmək istərdik“, - deyə o vurğulayıb.
Qeyd edək ki, H.Ruhani bu gün rəsmi səfərlə Ermənistana gedib. Onu aeroportda Ermənistanın prezidenti Serj Sarkisyan qarşılayıb.
Xatırladaq ki, Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ona bitişik 7 rayon uzun müddətdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. BMT-nin işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqlarının işğalını davam etdirir.
1news.az