Rusiya vətəndaşından 610 qram qızıl-zinət əşyaları aşkar edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya vətəndaşından 610 qram qızıl-zinət əşyaları aşkar edildi – FOTO

17:32 - 21 / 12 / 2016
Rusiya vətəndaşından 610 qram qızıl-zinət əşyaları aşkar edildi – FOTO

Qanunsuz yolla ölkədən qızıl-zinət əşyaları çıxartmaq istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin  “Xanoba” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyası istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən - əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər