Ədliyyə naziri ABŞ səfiri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ədliyyə naziri ABŞ səfiri ilə görüşüb – FOTO

20:23 - 21 / 12 / 2016
Ədliyyə naziri ABŞ səfiri ilə görüşüb – FOTO

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-a səfərinin uğurlu nəticələri qeyd edilib, ölkəmizin 25 illik müstəqillik dövründəki inkişafı vurğulanıb. Həmçinin, məhkəmə islahatı, o cümlədən hakimlərin beynəlxalq aləmdə örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, elektron məhkəmənin tətbiqi və digər əldə olunan nailiyyətlər maraqla qarşılanıb, habelə qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı dövlət başçısının fərmanı alqışlanaraq sənədin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qlobal sosial bəla olan korrupsiyaya qarşı mübarizə müzakirə olunaraq ölkəmizdə bu sahədə görülən tədbirlər, xüsusilə Azərbaycan brendi olan "ASAN xidmət"in səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək bu sahədə müsbət təcrübəmizin dünyada nümunə olduğu vurğulanıb, habelə bütün dünyanın üzləşdiyi terrorizmə qarşı beynəlxalq mübarizədə Azərbaycan və ABŞ-ın səmərəli əməkdaşlıq etdiyi qeyd olunaraq, ölkəmizin bu sahədə atdığı önəmli addımlar təqdir edilib.

Söhbət zamanı əməkdaşlığın prioritetləri, hakimlər üçün birgə tədris tədbirlərinin təşkili, habelə insan hüquqlarının təminatı, humanizm siyasətinin davamlı həyata keçirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub, qarşılıqlı fəaliyyətə dair təkliflər irəli sürülüb.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər