İlham Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanları mükafatlandırdı | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanları mükafatlandırdı

20:26 - 21 / 12 / 2016
İlham Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanları mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Allahverdiyev Tarverdi Əflan oğlu

Eyvazov Çingiz Abuzər oğlu

Əhədov Seymur Kamil oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

Krapivin Oleq Andreyeviç

Qurbanov Firudin Eyyub oğlu

Məmmədyarov Həmid Hilal oğlu

Salehli Bəhruz Qədir oğlu.

1news.az

 

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər