Bu gün qış başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün qış başlayır

11:24 - 21 / 12 / 2016
Bu gün qış başlayır

Dekabrın 21-də qış fəsli daxil olur.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, bu gün saat 14:44:12-də Azərbaycanda qış fəsli başlayır.

Bu gün həm də ən uzun gecə olacaq. Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq, martın 21-də isə yaz gecə-gündüz bərabərliyi baş verəcək.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər