Bakıda ağır qəza: ata xəstəxanalıq oldu, qızı öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağır qəza: ata xəstəxanalıq oldu, qızı öldü

11:47 - 21 / 12 / 2016
Bakıda ağır qəza: ata xəstəxanalıq oldu, qızı öldü

Bakıda minik avtomobili yük maşını ilə toqquşub.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində baş verib.

Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAZ" markalı avtomobilə vurub.

Nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər