BANM-ın tələbəsi: Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi: Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır

12:23 - 21 / 12 / 2016
BANM-ın tələbəsi: Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Elçin Aslanlı cavablandırır:

- Zəhmət olmasa,  özünüz haqqında ətraflı məlumat verin

- Mən Aslanlı Elçin, Əslən Qubadlıdan olsam da,13 may 1999-cu ildə Bakıda anadan olmuşam. 2005-ci ildə Nizami rayonu Kamil Əyyubov adına 12 saylı məktəbə daxil olmuşam. Qırmızı şəhadətnaməm var və məktəbdə bütün qiymətlərim “əla” olub. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına bu il daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Açığı, bu dövr mənim üçün çox yorucu idi. Bitmək bilməyən hazırlıq yolları, yuxusuz gecələr bu dövrü daha da dözülməz edirdi. Əgər uğurlarım, yəni sınaqlardakı nailiyyətlərim olmasa idi, bu çətinliklərin öhdəsindən gəlmək çox çətin olardı. Xoşbəxtlikdən, əziyyətim nəticə verdi və bu məni xeyli ruhlandırdı.

- Nə qədər bal topladınız?

- 685 bal toplamışam.

- Niyə məhz BANM-ı seçdiniz?

- Son zamanlar  BANM-in tez bir zamanda yüksələn reytinqi bu universiteti mənə daha cəlbedici edirdi. Üstəlik bu ali təhsil ocağında yalnız yüksək ballı tələbələrin təhsil alması və təhsil rəqabətinin yüksək  səviyyədə olması seçimimdə əsas faktorlardan biri oldu.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Valideynlərimin hazırlıq dövründə həm maddi, həm də mənəvi olaraq rolu çox böyük olub. Əlavə olaraq, qardaş və bacımın qəbul imtahanında göstərdiyi yüksək nəticələr məni motivasiya edib və bu uğurun mümkünsüz olmadığını göstərib.

- Ən böyük arzunuz?

- Ən böyük arzum Prezident təqaüdçüsü adını qazanmağım olub və bu uğura çatmışam.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Kompüter və texnologiyaya olan marağım mənə bu ixtisası seçməkdə kömək etdi. Fikrimcə,  bu ixtisası seçməyim təkmilləşmiş və Vətənə xeyirli bir mühəndis olmaq yolunda mənə ən böyük dəstək olacaq.

- Hobbiniz nədir?

- Ən böyük hobbilərim musiqi və futboldur. Gündə ən az 3 saat musiqiyə qulaq asıram və vacib futbol matçlarını mütəmadi olaraq izləyirəm. Gələcəkdə Barcelona klubunun stadionuna getmək ən böyük arzularımdan biridir.

- Başqa hansı maraqlarınız var?

- Boulinq, konsol oyunları (əsasən futbol), kinoya baxmaq da maraq dairəmə daxildir.

- Hansı janrda kitabları oxuyursunuz?

- Bədii kitablar oxumağa çox vaxtım olmadığı üçün film izləyərək kitabların xülasəsini anlamağa daha çox üstünlük verirəm. Daha çox elmi kinoları sevirəm.

1news.az

Paylaş:
526

Son xəbərlər

DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülübBu gün, 10:44Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilibBu gün, 10:41Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43
Bütün xəbərlər