Xaçmazda xeyli sayda pirotexniki vasitə aşkar olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda xeyli sayda pirotexniki vasitə aşkar olunub – FOTO

15:10 - 22 / 12 / 2016
Xaçmazda xeyli sayda pirotexniki vasitə aşkar olunub – FOTO

Xaçmaz rayonunda keçirilən reyd zamanı qanunsuz olaraq satışa çıxarılan xeyli sayda müxtəlif formalı pirotexniki vasitə aşkar olunub.

1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Xaçmaz şəhərində reyd keçirilib.

Reyd nəticəsində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər