Lənkəranda dini radikalizm və terrora qarşı mübarizə ilə bağlı konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda dini radikalizm və terrora qarşı mübarizə ilə bağlı konfrans keçirilib

16:42 - 22 / 12 / 2016
Lənkəranda dini radikalizm və terrora qarşı mübarizə ilə bağlı konfrans keçirilib

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili” mövzusunda konfrans keçirib.

1news.az-ın məlumatına görə, DANİB sədri Elməddin Behbud dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılmasının zəruri olduğunu deyib.

E.Behbud xüsusilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün səmavi dinlərin mahiyyətinin həqiqi şəkildə təbliğinə, maarifləndirmə işinin davamlı şəkildə aparılmasına hər zaman ehtiyac olduğunu bildirib.

MEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşviq Şükürov, Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı Samid Quliyev çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu qeyd ediblər.

Çıxışçılar Azərbaycanın milli və dini palitrasının əsrlərdir sülh və bərabərhüquqluluq şəraitində yaşadığını və dünyada tolerantlıq nümunəsi kimi tanındığını və milli dəyərləri qoruyub saxlamağın vacib olduğunu vurğulayıblar.

1news.az

Paylaş:
658

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər