Millət vəkili parklanmanın yeni qaydalarını ilə bağlı məsələyə aydınlıq gətirib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili parklanmanın yeni qaydalarını ilə bağlı məsələyə aydınlıq gətirib – VİDEO

12:39 - 22 / 12 / 2016
Millət vəkili parklanmanın yeni qaydalarını ilə bağlı məsələyə aydınlıq gətirib – VİDEO

Şəhər sakinlərinin mütəmadi rastlaşdığı avtomobillərin parklanması ilə bağlı məsələlərin tənzimlənməsi və tıxacların qarşısının alınması məqsədi ilə Milli Məclis tərəfindən son iclasda “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə parklanmanın yeni qaydalarını müəyyən edən dəyişikliklər edilib.

1news.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı millət vəkili Vüsal Hüseynov Facebook səhifəsində  televiziyada yer alan süjeti paylaşıb və bir neçə qeyd edilməyən məqamı təkrar diqqətə çatdırıb:

“Bu Qanunlar, o cümlədən müəyyən edilmiş cərimələr 2017-ci il 1 iyul tarixdən qüvvəyə minir. Hər hansı parklanma yerinin bu Qanunun təsiri altına düşməsi üçün həmin yerlər müvafiq parklanma nişanları və xətləri ilə işarələnməlidir. Parklanma yeri dedikdə yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsi və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış yerlər nəzərdə tutulur. Bu Qanun xüsusi mülkiyyətdə olan sahələrdə (yollar istisna olmaqla) olan parklanma yerlərini əhatə etmir, nümunə üçün ticarət mərkəzləri, yaşayış sahələri və sair.

Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Adətən “avtomobili saxlamışdım 10 dəqiqəyə gəldim ki, artıq cərimə meydançasına aparılıb və cərimə müəyyən edilib” kimi hallar dayanma və durmanın qadağan edildiyi yerlərdə baş verir ki, yeni Qanununda bu hallara təsiri olmayacaqdır.

Parlkanma ilə bağlı ödəniş parklanma yerini tərk edərkən də parklanma müddətindən asılı olaraq ödənilə bilər. Bu isə vaxt bitdi, təkrar ödəniş etməliyəm kimi mövcud narahatlıqları aradan qaldıracaqdır. Avtomobili saxlanılır və yeri tərk edən zaman da istifadə müddətinə uyğun ödəniş etmə imkanı təmin edilir.

Dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkili qadağan edilir. Bununla bağlı müvafiq dövlət orqanlarının siyahısı qəbul ediləcək.

Nəqliyyat vasitəsi parklanma yerindən cərimə meydançasına aparıldığı halda (parklanma yerində 24 saatdan artıq durduqda və bununla bağlı müvafiq məlumatlandırma göndərildikdən sonra) parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə nəqliyyat vasitəsinin aparılacağı ən yaxın cərimə meydançası barədə məlumat yerləşdirilməlidir.

Parklanmaya görə ödəniş edilmədikdə və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edildiyi hallar üçün 10 manat, 24 saatdan artıq müddətə istifadə edildiyi halda isə 20 manat məbləğində inzibati cərimə müəyyən edilir.

1news.az

Paylaş:
684

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər