“Kütləvi çıxarış” kampaniyası sayəsində paytaxtda daha bir yeni tikilinin sakinləri mənzillərinə çıxarış alıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kütləvi çıxarış” kampaniyası sayəsində paytaxtda daha bir yeni tikilinin sakinləri mənzillərinə çıxarış alıblar

22:28 - 23 / 12 / 2016
“Kütləvi çıxarış” kampaniyası sayəsində paytaxtda daha bir yeni tikilinin sakinləri mənzillərinə çıxarış alıblar

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakların rahat və çevik qeydiyyatını təmin edən və bununla da xidmətlərdən vətəndaş məmnuniyyətini artıran “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.

Komitədən 1news.az-a verilən məlumata görə, belə kampaniyalara regionlarda fərdi yaşayış evləri və torpaq sahələri ilə yanaşı, paytaxt və digər şəhərlərdə yerləşən hündürmərtəbəli binalardakı mənzillər də geniş şəkildə cəlb olunur. Bu tədbirlərin davamı olaraq, növbəti dəfə kampaniyadan Sabunçu rayonunun, Ramana qəsəbəsində yeni inşa edilmiş binanın sakinləri yararlanıb.

Dekabrın 23-də D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən “Ramana Residence” yaşayış kompleksində 80 mənzilli binada yaşayan sakinlərə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Kampaniya birbaşa yaşayış binasının həyətində baş tutub və sakinlər bu çıxarışları heç hara getmədən komitənin mobil ofislərində əldə ediblər. Bu sosial addım nəticəsində vətəndaşlar gündəlik fəaliyyətindən ayrılmadan öz əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə yiyələnmiş olub.

“Ramana Residence” yaşayış kompleksində çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Çoxmərtəbəli binalardakı mənzillərin çıxarışla təmin olunması çox əhəmiyyətlidir. Çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Bütün bunlarla yanaşı, kampaniya daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür, alqı-satqı əməliyyatlarını və bazardakı aktivliyi artırır.

Qeyd edək ki, Azərbaycanın, xüsusilə də paytaxt Bakıda öz mənzilini sənədləşdirmək istəyən vətəndaşların sayı çoxdur və onlar komitənin bu kampaniyasına maraq göstərərək müraciət edirlər. Belə müraciətlər əsasında gündəlik olaraq komitənin bütün respublika üzrə mobil ofis xidmətləri müxtəlif ərazilərə gedərək müxtəlif növdə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə çıxarış üçün ilkin sənədlərin qəbulundan tutmuş çöl-ölçmə və kadastr işlərinədək müxtəlif xidmətlər daxil olur.

Xatırladaq ki, 2016-cı ildə komitə tərəfindən paytaxtın 8 rayonunda, respublikanın isə 22 şəhər və ya rayonunda bu cür kampaniyalar təşkil olunub. Kampaniyalara əmlak xidmətlərindən yararlanmaq istəyən çoxlu sayda vətəndaşlar cəlb olunub. Bu il ərzində Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Xaçmaz və digər şəhərlərdə yerləşən çoxmərtəbəli binalarda belə kampaniyalar keçirilib. Kampaniyanın əsas özəlliyi odur ki, kampaniya rahat, şəffaf və əlçatan şərtlərlə xidmətləri əhaliyə təqdim edir.

Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidməthaqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

1news.az

 

Paylaş:
612

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər