Xalq artisti Ağaxan Abdullayev dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Ağaxan Abdullayev dəfn edilib

15:56 - 26 / 12 / 2016
Xalq artisti Ağaxan Abdullayev dəfn edilib

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək, mərhum sənətkarla vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb.

Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub.  2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

1news.az

Paylaş:
734

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər