Xələf Xələfov: Gələn il Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: Gələn il Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş keçiriləcək

13:46 - 27 / 12 / 2016
Xələf Xələfov: Gələn il Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş keçiriləcək

Mütəmadi olaraq Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı görüşlər keçirilir.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib:

“Hazırda Rusiya ilə sərhədlərin demarkasiyası prosesi gedir. Bu proses dayanmayıb. Çünki demarkasiya prosesi uzun bir prosesdir. Burada ilk öncə normativ hüquqi baza formalaşmalıdır. İndi isə fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı hazırlanacaq məhsulların üzərində iş gedir. Yəqin ki, 2017-ci ilin ilk rübündə həm Rusiya, həm də Gürcüstanla birgə komissiyanın iclasını keçirəcəyik”.

Nazir müavini Gürcüstanla hələ delimitasiya prosesinin aparıldığını qeyd edib:

“Gürcüstanla iş hələ çox vaxt aparacaq. Çünki delimitasiya məsələsini hələ bitirməmişik. Hazırda nümayəndə heyətləri, komissiyalar səviyyəsində işlər davam etdirilir. Ümumi sərhəd xəttinin 2/3 hissəsi komissiyalar səviyyəsində delimitasiyadan keçib və protokollarla rəsmiləşdirilib. 1/3 hissəsinin delimitasiyadan keçirilməsi üçün isə açıq qalan, razılaşdırılmayan məsələlər öz həllini tapmalıdır. Gürcüstanla delimitasiya prosesi başa çatandan sonra demarkasiya hissəsinə keçə bilərik”.

Elşən Rüstəmov

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər