İmişlidə ağır qəza: 8 yaralı | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə ağır qəza: 8 yaralı

20:44 - 27 / 12 / 2016
İmişlidə ağır qəza: 8 yaralı

İmişli baş verən avtoqəzada 8 nəfər xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında İmişlidə rayonunda məskunlaşan Füzuli rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Fərmail Əlheydər oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli sakini, 1982-ci il təvəllüdlü Abışov Yengibar Yadigar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə avtomobilin sürücüləri, sərnişinlər Füzuli rayon sakinləri – 1963-cü il təvəllüdlü Cəfərova Elmira Adışirin qızı, onun bacısı, 1971-ci il təvəllüdlü Züleyxa Cəfərova, 2002-ci il təvəllüdlü Cəfərova Bəsti Elxan qızı, 2004-cü il təvəllüdlü Cəfərov Elşad Elxan oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Gülnar Cəfər qızı və Quliyeva Dərya Pərviz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər