Bakıda naməlum şəxs 28 yaşlı gəncə 5 bıçaq zərbəsi vuraraq qaçıb
Paytaxtda cinayət hadisəsi baş verib.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Xətai prospekti 83 ünvanında naməlum şəxs Ağdam rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Qafqaz Rafiq oğlunun kürək və qarın nahiyəsinə 5 bıçaq zərbəsi vurub və ərazidən qaçıb.
Q.Həsənov ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
1news.az
896