Rusiyada həbs edilən qadın Azərbaycanda azadlığa çıxdı
Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Xatirə Həsənovanın cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, X. Həsənova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, X. Həsənova Rusiyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilərək həbs olunub və ona 7 illik cəza təyin edilib. Sonra Azərbaycan ekstradisiya olunub.
1news.az
467