İlham Əliyev: Konqres Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın gücləndirilməsində səmərəli fəaliyyət göstərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Konqres Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın gücləndirilməsində səmərəli fəaliyyət göstərib

17:24 - 28 / 12 / 2016
İlham Əliyev: Konqres Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın gücləndirilməsində səmərəli fəaliyyət göstərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin IV Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli qurultay nümayəndələri!

Əziz dostlar!

Sizi Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti IV Qurultayının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınıza uğurlar arzulayıram.

Uzun tarixi dövr ərzində Rusiya ilə siyasi-iqtisadi və humanitar sahələrdə təşəkkül tapmış dostluq əlaqələri bu ölkədə çoxsaylı Azərbaycan diasporunun formalaşmasını şərtləndirən əsas amillərdən olmuşdur. Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutur.

15 il əvvəl ümummilli lider Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin xeyir-duası ilə təsis edilmiş bu qurum təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor hərəkatının avanqardı sayıla bilər. Konqres ötən illər ərzində Rusiyadakı soydaşlarımızın mənəvi əlaqələrinin genişləndirilməsi, yaşadıqları regionların ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və digər sahələrdə səmərəli fəaliyyət göstərib.

Diaspor quruculuğu məsələsinə daim böyük önəm verən Azərbaycan dövləti Rusiya Federasiyasında məskunlaşmış azərbaycanlı icmalarının pozitiv, yaradıcı və əhəmiyyətli sosial fəaliyyətini yüksək dəyərləndirir. Hesab edirəm ki, hər bir azərbaycanlı, ilk növbədə, yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etməli, onun inkişafına öz dəyərli töhfəsini verməlidir. Məhz belə insanların daxil olduğu diaspor təşkilatları soydaşlarımızı sıx birləşdirə, xalqımızı ləyaqətlə təmsil edə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə daha faydalı xidmət göstərə bilər.

2016-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı və VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan diasporunun Rusiya Federasiyasında gördüyü işlərə qiymət verildi, əldə edilmiş nailiyyətlər, qazanılmış təcrübə, müasir dövrün tələb və çağırışları nəzərə alınmaqla yeni vəzifələr müəyyən edildi. Əminəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin bugünkü ali toplantısı da işgüzar şəraitdə və konstruktiv ruhda keçəcək, irəli sürülən ideyalar və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa, azərbaycanlıların dost Rusiyanın çoxmillətli cəmiyyətinə sıx inteqrasiyasına, iki ölkə arasında strateji əməkdaşlığın inkişafına əlavə imkanlar açacaqdır.

Qurultay iştirakçılarına bu yolda əzmkarlıq, rəhbər orqanlara seçiləcək yeni heyətə ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət arzulayıram. Fürsətdən istifadə edərək, hamınızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

1news.az

Paylaş:
652

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər