“Ü.Hacıbəyli 130” musiqi albomu layihəsinin təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ü.Hacıbəyli 130” musiqi albomu layihəsinin təqdimat mərasimi keçirilib – FOTO

19:38 - 28 / 12 / 2016
“Ü.Hacıbəyli 130” musiqi albomu layihəsinin təqdimat mərasimi keçirilib – FOTO

28 dekabr 2016-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli 130” musiqi albomunun təqdimat mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, diskdə ümumilikdə 14 ifa yer almışdır ki, onlardan Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz”, “Cəngi”, “Çırpınırdın Qara dəniz”, “Arşın mal alan” operettasından seçmə əsərləri, bundan əlavə xalq mahnıları “Sarı gəlin”, “Evləri var xana-xana”, “Ay laçın”, “Qubanın ağ alması” və s. musiqilərimiz məharətlə səsləndirilmişdir. Diskdə yer alan musiqilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarının ifasında səs-yazma studiyasında lentə alınmışdır.

Diskin əsas özəlliklərindən biri də bəzi ifaların məhz milli musiqi alətlərimizdə (tar, kamança, balaban) lentə alınmasıdır ki, bu da diskin bir təbliğat vasitəsi kimi xüsusi əhəmiyyətinə diqqət çəkir. Diskin hazırlanmasında məqsəd Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, onun əsərləri və bəstəkarlıq məktəbini təbliğ etmək, Azərbaycan xalq musiqinin dünya səhnəsinə çıxartmaq həmçinin milli musiqi alətlərimizin tanıdılması və diskdə yer alacaq istedadlı gənc musiqiçilərin stimullaşdırılmasıdır.

Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dilində qısa informasiya verilir. Digər səhifələrdə isə dünya şöhrətli insanların Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli kəlamlar yer almışdır. Albomun son səhifəsində isə Azərbaycan Respublikasının Dövlət Himninin sözləri və 1 səsli not nümunəsi təqdim edilmişdir. Layihənin rəhbəri Nicat Həsənzadə musiqi rəhbəri Vüqar Hümbətovdur.

Tədbiri giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, professor Yeganə Axundova açıq elan edərək layihənin önəmindən söz açdı. Daha sonra layihənin rəhbəri həmçinin layihənin musiqi rəhbəri çıxış edərək layihə haqqında ətraflı məlumat verdilər. Daha sonra tədbir diskdə ifası yer alan gənclərin kiçik konsert proqramı ilə davam etdi. Sonda akademiyanın prorektorları tərəfindən ifaçılara disklər təqdim edildi.

1news.az

 

Paylaş:
1679

Son xəbərlər

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 1Bu gün, 14:21Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37
Bütün xəbərlər