“SAM Review” nəşrinin növbəti sayı dərc edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“SAM Review” nəşrinin növbəti sayı dərc edilib - FOTO

10:03 - 28 / 12 / 2016
“SAM Review” nəşrinin növbəti sayı dərc edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “SAM Review” adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilib.

Bu say SAM-ın direktor müavini Gülşən Paşayevanın və ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stifen Blankın birgə tədqiqat işinin nəticəsidir.

1news.az-a SAM-dan verilən xəbərə görə, iki fəsildən ibarət olan bu nəşrdə 1992-ci ildən bu günə qədər ABŞ-ın dövlət və qeyri-hökumət qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilib.

Nəşrin birinci fəslində müxtəlif ABŞ Administrasiyalarının və eləcə də ABŞ Konqresinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və həllinə yönəlmiş səyləri nəzərdən keçirilib. ABŞ-ın qeyri-hökumət təşkilatları, universitetləri, fondları və s. tərəfindən Dağlıq Qarabağ sülh prosesi istiqamətində həyata keçirdikləri təşəbbüsləri nəşrin ikinci fəslində öz əksini tapıb. ABŞ-dakı erməni diasporunun sülh prosesinə mənfi təsiri xüsusi olaraq araşdırılıb.

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər