Gürcüstandan külli miqdarda pirotexniki vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan külli miqdarda pirotexniki vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb – FOTO

23:02 - 28 / 12 / 2016
Gürcüstandan külli miqdarda pirotexniki vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb – FOTO

Ölkəyə qanunsuz yolla külli miqdarda pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Koitəsindən məlumat veriblər.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.  Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
1060

Son xəbərlər

Bütün xəbərlər