Saatlıda 14 yaşlı oğlan özünü güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda 14 yaşlı oğlan özünü güllələyib

12:55 - 28 / 12 / 2016
Saatlıda 14 yaşlı oğlan özünü güllələyib

Saatlıda intihar hadisəsi baş verib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər