DAA Nikolay Bordyujaya müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

DAA Nikolay Bordyujaya müraciət ünvanlayıb

20:24 - 30 / 12 / 2016
DAA  Nikolay Bordyujaya müraciət ünvanlayıb

Dünya Azərbaycanlıları Assambleyası (DAA)  “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nın baş katibi Nikolay Bordyujaya Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisəylə bağlı rəsmi müraciət ünvanlayıb.

1news.az-a Assambleyadan verilən xəbərə görə, müraciətdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat plan hazırladığı qeyd edilib və Nikolay Bordyujanın  bu provakasiyaya getməməyi bildirilib.

“Hörmətli Nikolay Bordyuja, müraciətimiz sizin dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmaya verdiyiniz bəyanatla ilə bağlıdır.

Bildirmək istəyirik ki,  Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Elə həmin gün Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. 

Ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Bu mənada Ermənistanın Azərbaycan dövlət sərhədində təxribatlar törətməsi təsadüfi deyil. Daha sonra erməni tərəf təxribatın ardınca yanlış informasiyalar yaymaqda davam edib. Üstəlik, Ermənistan  Azərbaycanın guya 7 itki verdiyi, həlak olanların meyitlərinin guya Ermənistan tərəfdə qaldığı barədə iddialarla çıxış edib.

Sizin bəyanatınız ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna  tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. KTMT-nin heç bir üzvü – Qazaxıstan, Qırğızıstan, Belarus,  Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda sizin bu bəyanatı verməyiniz təmsil olunduğunuz təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsinin tərədarıdır.

Ümid edirik ki, kənar qüvvələr dostluğumuza xələl gətirə biləməyəcək  və siz buna daha adekvat qiymət verəcəksiniz”.

Qeyd edək ki, Bordyuja bəyanatında “Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş verən insidenti nəzərə alaraq, KTMT-yə üzv ölkənin ərazisində baş verən bu olayı təxribat kimi qiymətləndirik”, - deyə qeyd etmişdi.

1news.az

Paylaş:
1410

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər