Vasif Talıbov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Vasif Talıbov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

09:19 - 30 / 12 / 2016
Vasif Talıbov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya səfərə gəlib.

1news.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb, Mahmud Vaezini muxtar respublikada görməkdən məmnunluğunu bildirərək deyib: “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin əsası ötən əsrin 70-ci illərində qurulmuşdur. Həmin dövrdə hər iki tərəfdən Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərindən sonra isə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə İranla əlaqələrin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Bu gün də Azərbaycan-İran əlaqələri hər iki ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu əlaqələr hər iki tərəf üçün faydalıdır. Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası da əlaqələrin inkişafına töhfə verir. Bu gün Naxçıvanda komissiyanın yekun iclas keçirməsi və protokolun imzalanması mühüm əhəmiyyətə malikdir”.

Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında elm, təhsil, energetika və iqtisadi-ticarət sahələrində əlaqələr inkişaf etdirilir, gömrük-keçid məntəqələri səmərəli fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə 450 minə yaxın insan Naxçıvandan İrana və İrandan Naxçıvana gəlib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının istifadəyə verilməsi də hər iki tərəfdən gediş-gəlişin artmasına səbəb olacaqdır.

Ali Məclisin Sədri əlaqələrin inkişafında xidmətləri olanlara təşəkkürünü bildirib.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Naxçıvanda 18 il bundan əvvəl olduğunu bildirib, ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə muxtar respublikada görüşlərini xatırladıb, son illər Naxçıvanda əldə olunan inkişafın məmnunluq doğurduğunu qeyd edib. Bildirilib ki, İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclasının və Azərbaycan-İran Biznes Forumunun Naxçıvanda keçirilməsi, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İqtisadi-ticarət, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə həyata keçirilən birgə tədbirlər gələcək əməkdaşlıq üçün şərait yaradır.

Mahmud Vaezi nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görüşdə iştirak ediblər.

1news.az

Paylaş:
735

Son xəbərlər

Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20
Bütün xəbərlər