İlham Əliyev Raul Kastronu təbrik edib
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
1news.az
776