Yanvar ayına olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar ayına olan hava proqnozu açıqlanıb

11:45 - 30 / 12 / 2016
Yanvar ayına olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayına olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun  iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 6-11, bəzi günlərdə 15-20, dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-4 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm) olacağı gözlənilir.

1news.az

Paylaş:
759

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər