Yeni ilin ilk günündə hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni ilin ilk günündə hava necə olacaq?

13:20 - 31 / 12 / 2016
Yeni ilin ilk günündə hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 3-5° isti, gündüz  7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 1-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. 

1news.az

 

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər