Bakıda beşmərtəbəli binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beşmərtəbəli binada yanğın olub

13:55 - 31 / 12 / 2016
Bakıda beşmərtəbəli binada yanğın olub

Bakıda yerləşən binaların birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanıb.

Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər