Rusiya prezidentinin xüsusi nümayəndəsi və Sankt-Peterburqun qubernatoru İlham Əliyevi təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

Rusiya prezidentinin xüsusi nümayəndəsi və Sankt-Peterburqun qubernatoru İlham Əliyevi təbrik ediblər

17:13 - 31 / 12 / 2016
Rusiya prezidentinin xüsusi nümayəndəsi və Sankt-Peterburqun qubernatoru İlham Əliyevi təbrik ediblər

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy doğum günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Artıq çoxdandır ki, bu gün sadəcə Sizin ailənizin bayramı deyildir. Bu günü təkcə Azərbaycanda deyil, həm də Sizin həmvətənlərinizin yaşayıb-yaratdıqları dünyanın bir çox ölkələrində qeyd edirlər. Bu günü ölkəmizin dostu, böyük dövlət xadimi, tarixi sınaqlar dövründə Azərbaycanı qoruyub saxlayan atanızın – görkəmli siyasi xadim Heydər Əlirza oğlu Əliyevin xatirəsinin yaşadığı Rusiyada da qeyd edirlər.

Sizin prezidentliyiniz illərində Azərbaycan bütün dünyada zəngin tarixi və çoxəsrlik ənənələri olan, dinamik inkişaf edən bir ölkə kimi tanınıb. Ölkənin sosial-iqtisadi inkişafında xidmətləriniz şəksizdir, Sizin müdrikliyiniz və çoxşaxəli istedadınız heyranlıq doğurur.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, səadət və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizi qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu il Azərbaycan xalqına yeni-yeni uğurlar bəxş edəcək”.

Bundan başqa Sankt-Peterburqun qubernatoru Qriqori Poltavçenko da Prezident İlham Əliyevə təbrik məktubu göndərərək ona ən xoş arzularını çatdırıb.

1news.az

Paylaş:
878

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər