Bağdadda partlayış nəticəsində 20-dən artıq adam ölüb | 1news.az | Xəbərlər
Dünya

Bağdadda partlayış nəticəsində 20-dən artıq adam ölüb

12:41 - 31 / 12 / 2016
Bağdadda partlayış nəticəsində 20-dən artıq adam ölüb

İraqın paytaxtı Bağdadın mərkəzi hissəsində Əs-Sinek rayonunda güclü partlayış baş verib.

1news.az-ın məlumatına görə, alış-veriş yerlərindən birində baş verən iki partlayış nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, terrorçu-kamikadze özünü ticarət mərkəzində avtomobil ehtiyat hissələri satılan dükanın önündə partladıb. Bunun ardınca həmin yerdə qabaqcadan quraşdırılmış digər bomba işə düşüb.

РИА Новости

 

Paylaş:
976

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25

Bakıda 9 ağac aşıb

02 / 01 / 2026, 12:49
Bütün xəbərlər