Bakıda 8 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 8 otaqlı ev yanıb

14:11 - 01 / 01 / 2017
Bakıda 8 otaqlı ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. 

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)  rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 540 (hər mərtəbəsi 270 m2) olan mansard tipli ikimərtəbəli 8 otaqlı evdə baş verib.

Nəticədə evin mansardının yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az  

Paylaş:
969

Son xəbərlər

Bütün xəbərlər