İstanbulda terror aktı nəticəsində yaralanan azərbaycanlılardan birinin adı məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda terror aktı nəticəsində yaralanan azərbaycanlılardan birinin adı məlum olub

16:03 - 01 / 01 / 2017
İstanbulda terror aktı nəticəsində yaralanan azərbaycanlılardan birinin adı məlum olub

Bu gecə İstanbulun “Reina” klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.

“Onlar hadisənin baş verdiyi “Reina” gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır”, - deyə məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.

1news.az

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər