Ağstafa sakini ana və qızına odlu silahla xəsarət yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafa sakini ana və qızına odlu silahla xəsarət yetirib

16:26 - 03 / 01 / 2017
Ağstafa sakini ana və qızına odlu silahla xəsarət yetirib

Ağstafa sakini həmkəndlilərini güllələyib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər