Gədəbəydə oğul anasını döyərək öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə oğul anasını döyərək öldürüb

16:53 - 03 / 01 / 2017
Gədəbəydə oğul anasını döyərək öldürüb

Gədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər