“Reina”-da öldürülən azərbaycanlı qızın İstanbula gedişi ilk və son oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Reina”-da öldürülən azərbaycanlı qızın İstanbula gedişi ilk və son oldu – FOTO

13:26 - 04 / 01 / 2017
“Reina”-da öldürülən azərbaycanlı qızın İstanbula gedişi ilk və son oldu – FOTO

Onun  İstanbula gedişi ilk və sonuncu xarici səfəri oldu. İstanbulda “Reina” gecə klubundakı terror qurbanlarından biri də Azərbaycan vətəndaşı, 28 yaşlı Nuranə Həsənovadır.  

Son illər Nuranə Bakıda yaşayıb. Buna görə də Türkiyə hökuməti ilk olaraq onu Azərbaycan vətəndaşı kimi qeyd etsə də, sənədlərini araşdırarkən Rusiya vətəndaşı olduğu bildirilir.

Dostlarının sözlərinə görə Nurana ilk dəfə imiş ki, xaricə səfər edirmiş. O, çoxdandır ki, xaricə səfər etməyi planlaşdırırmış. İstanbula getməyi bayrama bir neçə həftə qalmış qərara alıb.

Belə bir deyim var, Yeni ili necə qarşılayarsan, təzə ili elə də keçirərsən. Nuranə nakam məhəbbətindən sonra yeni tanışlıqlar, həyatında yeniliklər etməyi arzulayırmış.

O,  Rusiya vətəndaşı olduğu üçün yalnız vizasız ölkələrə səfər edə bilərmiş. Ona görə də yalnız Türkiyəyə getmək qərarına gəlir. Rəfiqəsi Svetlananın sözlərinə görə, o, çox mehriban həyatdolu qız imiş. “Zamanımızda bu cür dostlara rast gəlmək çətindir”.  

Dekabrın 30-da Bakı hava limanından təyyarənin göyərtəsinə qalxan qızın Facebook-dakı son paylaşımı yaxşı əhval-ruhiyyədə olduğunu göstərir. Bir gün sonra isə Nuranə terrorçunun gülləsinə tuş gəlir...

Onun meyitinin tanıması üçün böyük bacısı Türkiyəyə gedir. Valideynlərinin istəyilə Nuranənin  nəşi vətənə gətirilərək yanvarın 4-də dəfn ediləcək.

 

Paylaş:
1092

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər